11 Fevral 2021 23:21
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Stavropol şəhərindəki xəstəxanada bir qadının əkiz körpələrinin ölü doğulduğu iddia edilib.

Teleqraf.com xəbər verir ki, həkimlər bu vaxt xəstəxanada olmayan ataya telefonla zəng vuraraq körpələrinin cəsədlərini dəfn etməsini istəyiblər.

Xəstəxanaya gedən ata körpələrinin cəsədlərini qəbul edib. Ata körpələrini Dağıstanın Babayurt şəhərindəki Tamazatube kəndində dəfn etmək istəyib. Kəfəni açıb körpələri qəbrə qoymaq istəyən ata iki oyuncaqla qarşılaşıb.

Gördüklərindən şoka düşən ata vəziyyət barədə dərhal polisə məlumat verib.

Hadisədən sonra Dağıstan Daxili İşlər Nazirliyi bununla bağlı istintaq başladıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər