Bakıda yanğın hadisəsi olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 13-ü gecə saatlarında Bakı şəhərinin Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi, 26 ünvanında yanğın baş verməsi barədə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 100 m² olan bir dam altında (ev və ət satışı mağazası) tikilən birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 23 m² sahədə, dam örtüyü 63 m² sahədə yanıb. Evin, ət satışı mağazasının qalan hissəsi, bitişik tikililər və yaxınlıqda yerləşən mobil rabitə operatorunun ötürücü qülləsi yanğından mühafizə olunub.