Tovuz rayon sakininin güllə yarası almasının səbəbi məlum olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan bildirilib.
1992-ci il təvəllüdlü Quliyev Kamal Knyaz oğlu ehtiyatsızlıqdan ov tüfəngindən açılan atəş nəticəsində güllə yarası alıb. Hadisəni törəsən şəxs 1995-ci il təvəllüdlü Muradov Murad Nəriman oğludur.
O, polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.