Bərdə rayon sakini E. Vəliyev fevral ayının 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 ABŞ dolları pulunun oğurlanması barədə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.
Müraciətlə əlaqədar olaraq Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb.
Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Səadət Nadirova törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırmalar davam etdirilir.