20 Fevral 2021 11:21
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, şəhər sakini R.Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 465 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Faktla bağlı Ağdaş rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov