Daxili İşlər Nazirliyi yol-nəqliyyat hadisəsi iki yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, fevralın 20-də saat 20 radələrində Ucar rayonunun Küçəkənd kəndi ərazisində Gəncə şəhər sakini T.Həmzəyev idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb.
Nəticədə sürücü və 2 sərnişin hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, həmin gün, saat 16 radələrində İmişli rayonunun Aranlı kəndi ərazisində M.İmanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakinləri N.Quliyevi və Ü.Hüseynlini vurub, N.Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.