24 Fevral 2021 01:09
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatının Kameron şəhərində bu gün səhər qatarla yük avtomobilinin toqquşması nəticəsində güclü partlayış baş verib və ardınca yanğın olub.

Teleqraf.com xəbər verir ki, qatar kömür və benzinlə yüklü olub.

Milam qəzasının şerifi Kris Uayt ölən və xəsarət alanın olmadığını deyib.

Ətrafda azı bir yaşayış evinin yandığı bildirilir. Hadisə yerinə həm yerli, həm də qonşu şəhərlərin yanğın xidmətləri və könüllülər cəlb edilib. Yaxınlıqda yaşayan yaşlı sakinlər təxliyə olunub.


Müəllif: Teleqraf.com