25 Fevral 00:44

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib.

Teleqraf.com xəbər verir ki, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.

1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub.


Müəllif: Teleqraf.com