Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Binəqədi qəsəbəsində 1974-cü il təvəllüdlü Ziyafət Rəhimov naməlum şəraitdə bıçaqlanıb.
O, xəstəxanaya yerləşdirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hazırda yarılının vəziyyətinin orta-ağır olduğu bildirilir.
Ziyafət Rəhimovun kimin tərəfindən və hansı səbəbdən bıçaqlandığı araşdırılır.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə cinayət işi başlanıb.