“İntihar edən Seymur Əsgərov nümunəvi tələbə idi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi Seymur Əsgərovun intihar xəbərini dərin kədər və təəssüf hissilə qarşıladıq“.
Teleqraf.com xəbər verir ki, bu sözləri Akademiyanın Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev deyib.
O bildirib ki, birinci kursda, məşqçilik ixtisası üzrə təhsil alan Seymur onlayn dərslərdə fəallığı ilə seçilən, nümunəvi və çalışqan tələbə olub: “Birinci semestrdə verdiyi bütün imtahanların hamısından müvəffəqiyyətlə keçib. Belə nümunəvi bir tələbəsini itirən akademiyamız Seymurun ölümündən kədərlənir və onun ailəsinə bir daha dərin hüznlə başsağılı verir.“