Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.
Teleqraf.com-un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.
Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.
Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.