Gəncədə zəhərlənmə faktı baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Aydınbəy küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Dünya Şahverdiyeva və 2000-ci il təvəllüdlü Səma Şahverdiyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərləniblər. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.