1 Mart 2021 15:12
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 25.500 manat və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Abşeron rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Niftalıyeva saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov