3 Mart 2021 10:08
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda təxmini qiyməti 40.000 manat olan, külli miqdarda narkotik maddə “heroin” dövriyyədən çıxarılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Məlumata görə, qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məhərrəm Əliyev şəhər ərazisində saxlanılaraq polis idarəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 2 qram narkotik maddə olan “heroin” aşkar edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman, oradan sellofan torbada, çəkisi 578 qram narkotik maddə “heroin” aşkar edilib.

Götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib.

Məhərrəm Əliyev barəsində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər