4 Mart 2021 11:05
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 18 turundan sonra çempionatın ən məhsuldar komandası “Qarabağ”dır.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi bu oyunlarda 42 qol vurub. Qurban Qurbanovun baş məşqçi olduğu komandanın orta məhsuldarlığı 2,33-ə bərabərdir.

Bu, son 17 mövsümün mütləq rekordudur. 2004-cü ildən sonra heç bir komanda ilk 18 turda bu qədər qol vurmayıb. Belə məhsuldarlığa sonuncu dəfə 2003/2004 mövsümündə təsadüf olunub. Həmin vaxt “Qarabağ” 18 turda 51 qol vurub.

Ümumilikdə isə Ağdam təmsilçisinin cari mövsümdəki göstəricisi ölkə çempionatları tarixində 15-ci nəticədir. Rekord isə 1998/1999 mövsümündə qeydə alınıb. “Kəpəz” 18 oyundan sonra 63 qol vurub. İkinci nəticəyə də sahib olan gəncəlilər 1995/1996 mövsümündə 60 dəfə fərqlənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər