Gəncənin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinə məxsus, şəhər ərazisində quraşdırılan mexaniki su sayğacları və onların qutularını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Teleqraf.com-un xəbərinə görə, aparılan araşdırmalarla müəyyən edilib ki, şəhər sakini Arzu İbrahimov qeyd edilən Səhmdar Cəmiyyətə məxsus, vətəndaşların istifadəsinə verilməmiş 112 ədəd mexaniki su sayğacı və 18 ədəd qutusunu oğurlayaraq ümumilikdə 4 759 manat maddi ziyan vurub.
Arzu İbrahimov maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.