6 Mart 13:57

Bakının Qaradağ rayonunda yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Sahil qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Ə.Həbibov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini S.Buludxanovu vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov