6 Mart 2021 16:50
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Q.Əliyev saxlanılıb.

Teleqraf.com xəbər verir ki, onun idarə etdiyi “Nexia” markalı avtomobilə baxış zamanı sərnişini, Bakı şəhər sakini R.Əliyevə məxsus 4 kiloqram 670 qram heroin, 2 kiloqram 870 qram həşiş və 270 qram metamfetamin aşkar edilib.

Bundan başqa, Biləsuvar raypn polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.Feyzullayevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ona və sərnişini A.Nəsirova məxsus 3 kiloqram 230 qram heroin aşkar edilərək götürülüb.

Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qarasu kənd sakini X.Quliyevdən müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi aşkar edilib.

Qusar rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Hil kənd sakini E.Şirinəliyevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi və 1 ədəd elektroşoker aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov