5 May 2014 13:12
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 5-də Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının açılışı olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevin 2012-ci il iyulun 25-də imzaladığı sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi üçün ilkin olaraq beş milyon manat vəsait ayrılıb. Akademiya şəhərciyinin ərazisində inşa edilmiş beşmərtəbəli binada hər cür şərait yaradılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü ucaldılıb.

Azərbaycan Prezidenti binada yaradılmış şəraitlə tanış olub.

Dövlət başçısına Azərbaycan Milli Ensiklopediyasının “Azərbaycan” xüsusi cildi barədə məlumat verilib. Bildirilib ki, bütövlükdə Azərbaycan Respublikasına həsr olunmuş cilddə 14 bölmədə 155 məqalə toplanıb. Nəşr 2007-ci ildə Azərbaycan, 2012-ci ildə isə rus dilində işıq üzü görüb. Hazırda “Azərbaycan” cildinin ingilis dili versiyası üzərində iş görülür.

Sonra Prezident İlham Əliyevə redaksiya heyətinin rəhbəri Mehriban Əliyeva olan “Azərbaycan Muğam Ensiklopediyası”, 847-ci ildə hazırlanmış dünyada ilk ensiklopediyanın surəti, eləcə də alman alimlər Mixael Reinhard Hes və Reinhart Moritzenin İmadəddin Nəsimiyə həsr olunmuş kitabları təqdim edilib.

Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verib.

Səxavət


Müəllif: