Bakı şəhərinin Nəsimi rayonunda avtoyuma məntəqəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com verilən məlumata görə, ümumi sahəsi 30 m² olan avtoyuma məntəqəsinin içərisində taxta konstruksiyadan ibarət köməkçi otaq 5 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner əriyib.
Avtoyuma məntəqəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.