8 Mart 2021 13:24
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə martın 7-də bir nəfərin paytaxt sakini S.Vəliyevin boyun nahiyəsinə bıçağın arxa hissəsi ilə vuraraq mobil telefonunu və gödəkçəsini götürərək hadisə yerindən qaçması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Baxşıyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov