8 Mart 2021 13:40
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Salyan rayon polis şöbəsinə martın 7-də saat 16 radələrində rayon ərazisindən Bakı şəhər sakini S.Nəcəfova məxsus “Opel” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini M.Bayramova və sərnişini, paytaxt sakini M.Orduxanova saxlanılıblar.

Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov