12 Mart 2021 12:03
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində yerləşən marketlərdən birindən içərisində 9000 manat olan seyfi oğurlayan paytaxt sakini Dilqəm Kamalzadə tutulub.

Teleqraf.com-un xəbərinə görə, araşdırma zamanı məlum olub ki, bu şəxs seyfi oğurlayandan sonra Binə qəsəbəsində yaşadığı evə gətirərək gizlədib.

Polislər tərəfindən seyf həmin ünvandan tapılaraq maddi sübut kimi götürülüb.

Dilqəm Kamalzadənin törətdiyi oğurluq marketdə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar Xəzər rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Dilqəm Kamalzadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov