16 Mart 2021 13:06
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunun Arıqıran kəndi ərazisində yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, Qoşabulaq kənd sakini R.Sadıqov idarə etdiyi “VAZ-21154” markalı avtomobillə yolu keçən Parakənd kənd sakini D.Hüseynovanı vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov