17 Mart 2021 12:59
399
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Şəfiyev rayonun Alekseyevka kəndi ərazisində saxlanılıb.

Teleqraf.com xəbər verir ki, hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı, F.Şəfiyevdən sellofan torbada təmiz çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Quba rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi açılıb.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov