28 Oktyabr 2014 12:24
1 291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin payız sessiyasının üçüncü iclası öz işinə başlayıb. Millət vəkilləri cari məsələlərlə bağlı çıxış ediblər.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, Ukraynada parlament seçkilərinin mürəkkəbi qurumamış ABŞ elan edib ki, azad və ədalətli seçkilər keçirildi, çalışacağıq ki, Krım məsələsini Ukraynanın xeyrinə həll edək:

“ABŞ ATƏT-in Minsk qrupunun üzvüdür, amma bu günə qədər deməyib ki, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edək. Amerika son 20 ildə Dağlıq Qarabağla bağlı belə bir bəyanat verməyib. Həm də bizdə keçirilən azad və ədalətli seçkiləri dünya ölkələri qəbul edib. Ancaq hansısa mərkəzlər, erməni lobbilərininn hesabına bizdəki seçkilərin üzərinə kölgə salıblar. Məqsəd odur ki, münaqişə həll edilməsin. Təklif edirəm ki, parlament formatında müraciət etməliyik ki, ölkələrə eyni gözlə baxmaq lazımdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər