Milli Məclisin bugünkü iclasında YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bu ilin iyun ayında Kəlbəcərdə girov götürülən Azərbaycan vətəndaşlarından danışıb:
“Dünən girov götürülən şəxslərlə bağlı işğal edilən ərazilərdə “məhkəmə” qurulub. İşğal edilən ərazilərdə “məhkəmə”ninin qurulması saxta teatrdır. Erməni mətbuatı isə girovların guya etiraf etməyi haqda fikirləri tirajlayırlar. ATƏT-in Minsk qrupu isə bu məsələdə susur. Ayrı-ayrı şəxslər haqda bəyanat verən həmsədr ölkələrin XİN-ləri əsir götürülən iki vətəndaşımızla bağlı susurlar. Mən istərdim ki, onlar məsələyə münasibət bildirsinlər”.
Deputat əlavə edib ki, oktyabrın 27-də Azərbaycan və Ermənistan prezidentləri Parisdə görüşüb: “Görüşün nəticələri haqqında Fransa tərəfindən bəyanat da yayılıb. Ancaq bəyanatda bu saxta məhkəmə ilə bağlı fikir yer almayıb. Ümid edirəm ki, gələcəkdə bu saxta məhkəmə quranların üzərində gerçək məhkəmə qurulacaq”.
Nemət