Milli Məclisin bugünkü iclasında millət vəkili Zahid Oruc bildirib ki, Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin İdarəçilik Akademiyasındakı fikirlərini müdafiə etmək məqsədilə çıxış edir:
“Biz müzakirə və təhlil etməliyik ki, nə üçün cənub zonasında qızlar təhsildən yayınıb. Eləcə də şimal bölgəsində gənc oğlanların çoxu təhsildən uzaq düşüb. Burada hansısa dini təsirlər olub. Düşünürəm ki, hər il ali təhsili bitirən gənclərin dövlət idarəçiliyində təmsil olunmamasına diqqət çəkməliyik. Azərbaycan dövləti problemləri həll etməlidir”.
Nemət