Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabirabad rayon polis şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə martın 22-də, saat 18 radələrində rayonunun Həşimxanlı kəndi ərazisində qeydə alınıb.
Ətcələr kənd sakini Ə.Ağayev idarə etdiyi “QAZ-31105” markalı avtomobili yolun kənarındakı kanala aşırıb.
Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.