25 Mart 2021 12:22
383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər.

Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər