27 Mart 2021 22:29
1 361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində oğurluq olub.

Teleqraf.com xəbər verir ki, martın 17-də xətt avtobusunda şəhər sakini olan bir qadının cibindən 250 manat dəyərində mobil telefonu oğurlamnıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini S.Almuradov saxlanılıb.

İstintaq araşdırması zamanı məlum olub ki, Almuradov əvvəllər məhkum olunduğu üzə çıxıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov