Abşeron rayonunda ümumi sahəsi 200 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.