Bakının Suraxanı rayonunda quldurluq hadisəsi olub.
Teleqraf.com xəbər verir ki, Hövsan qəsəbə sakini A.Quseyi döyüb və onun mobil telefonunu əlindən alıblar.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Quliyev, İ.İzabayeva və A.Bağırov saxlanılıblar.