Azərbaycanda ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.
Teleqraf.com xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.