3 Aprel 2021 14:42
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 2-də Bakı şəhər sakini A.Güvəndikova Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə ərizə ilə müraciət edib, cari il yanvarın 7-də Binəqədi qəsəbəsində yaşadığı evdən 7 000 manat dəyərində qızıl əşyaların F.Fərəcli adlı tanışı tərəfindən soyğunçuluq yolu ilə aparılmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini F.Fərəcli saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər