Bakıda sosial şəbəkədə özünü öldürəcəyi ilə bağlı status yazan Günel Hakimqoca (Günel Fərhad Hakimqoca) adlı koronavirus xəstəsinin intihara cəhdinin qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, polis əməkdaşları həmin qadının yaşadığı ünvanı müəyyən edərək dərhal hadisə yerinə yollanıblar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə mənzilə daxil olunub. Qadınla aparılan söhbət zamanı onu intihar fikrindən döndərmək mümkün olub. O, tibb müəssisəsinə yerləşdirilib və həyatı üçün təhlükə yoxdur.
Qeyd edək ki, qadın daha əvvəl sosial şəbəkədə koronavirus xəstəsi olduğunu və intihar edəcəyini bildirib.