11 Aprel 00:59

Ağdamda 3 otaqlı ev əşyaları ilə birlikdə yanıb.

Hadisə rayonun Çəmənli kəndində qeydə alınıb.

Kənd sakini Murtuza Bəxtiyarova məxsus ev yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin yanğınsöndürənləri çağrılıb. Alov söndürələrək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınsa da, lakin ev əşyaları ilə birlikdə yanıb.

Faktla bağlı araşdırma başlanıb.


Müəllif: Teleqraf.com