Vəkillər Kollegiyasının üzvü Sevil Hacıyevanın vəkillik fəaliyyəti dayandırılıb.
Teleqraf.com xəbər verir ki, Sevil Hacıyevanın kollegiyadan xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunub.
Vəkillər Kollegiyasının intizam komissiyası tərəfindən aparılmış araşdırmalar nəticəsində onun hərəkətlərində pozuntu müəyyən olunub.
Buna görə də Rəyasət Heyətinin qərarı ilə Sevil Hacıyevanın fəaliyyətinin dayandırılması və kollegiyadan xaric edilməsi barədə məhkəməyə müraciət edilib.
Məhkəmə tərəfindən xaric olunma ilə bağlı işə baxılacaq.
Qeyd edək ki, vəkil Sevil Hacıyevanın vətəndaşlara qarşı dələduzluq etməsi barədə məlumatlar yayılıb.
İddia olunur ki, o vətəndaşın külli miqdarda vəsaiti mənimsəyib.
Qeyd olunan faktlarla bağlı Vəkillər Kollegiyasına müraciət olunub.