29 Oktyabr 2014 16:11
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası başqanlığına keçmiş namizəd, seçkilərin nəticələri ilə razılaşmayan və yeni başqanın sərt tənqidçilərindən olan Səxavət Əlisoy dünən bir qrup müsavatçının çay süfrəsi arxasında oturub partiyadaxili məsələləri müzakirə etməsinə səgilənən radikal münasibətə reaksiya verib.

"10-15 müsavatçının çay süfrəsində oturması bir neçə qeybətbaz kişinin heysiyyatına toxunub. Düşünmədən ağızlarına gələni izhar edirlər. Ağzından horra tökülən birisi çay süfrəsindəki şəkili paylaşıb barəmdə guya ironiya ilə danışır. Digəri bir az da uzağa gedib bizi "xəyanətkar", "antimusavatçı" adlandırır", deyə S.Əlisoy bildirib.


S.Əlisoy bir qədər də irəli gedərək onları tənqid edənlər haqqında bunları yazıb: "Anlamaq olmur, Müsavat bir siyasi partiyadır, yoxsa, terror, masson təşkiklatıdır ki, fərqli fikir söyləyəni dərhal "xəyanətkar" adlandırıb cəzalandırmaq təklifi irəli sürülür. Bu zehniyyətlə siz hara gedirsiniz? Bu zehniyyətlə Müsavatın heç bir hədəfə çatması imkansız. İçinizdəki mikroblardan təmizlənin. Fərqli düşünənlərə, biyyət etdiklərinizə biyyət etməyənlərə "Xəyanətkar", "Antimusavatçı", "Satqın" damğası vuranlar çox yox, 5 dəqiqə öz bioqrafiyaları barədə düşünsün.

P.S. Bu gün də müsavatçı dostlarla süfrə arxasında müzakirələrimiz olacaq. İştirak etmək istəyən maraqlanıb zamanı və məkanı öyrənə bilər. Buyurun, gəlin yeyin-için və fikrinizi bildirin. Sadəcə, FB-də qeybəti yığışdırın".

Ayxan


Müəllif:

Oxşar xəbərlər