29 Oktyabr 2014 16:30
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat Partiyası Məclisinin son bəyantə ədalətli və obyektiv araşdırmanın aparılmasına inamımızı azaltsa da, ümidlərimizi tam itirməmişim".

Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlu 28 oktyabr 2014-cü il tarixdə keçirilən Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının iclasının qərarına münasibət olaraq bildirib.

MNTK-nın iclasında Qubad İbadoğlu tərəfindən göndərilən arayışa verilən ilkin rəy müzakirə edilib və qərara alınıb ki, növbəti iclasda yekun rəy keçmiş namizədə təqdim olunsun. Növbəti iclas 30 oktyabr 2014-cü il saat 16:00-da keçiriləcək.

Q.İbadoğlu qeyd edib ki, yekun rəy sabah ona təqdim olunacaq: "Müsavat Partiyası Məclisinin son bəyantə ədalətli və obyektiv araşdırmanın aparilmasına inamımızı azaltsa da hələ bütün ümidlərimizi itirməmişik. Rəylə tanış olandan sonra bununla bağlı mövqeyimizi açıqlayacağıq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər