Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisində əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şuşa şəhər sakini, əvvəllər məhkum olunmuş N.Süleymanovdan 11 qrama yaxın heroin, Xocavənd rayon sakini D.Ağayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJK” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.