Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2000 manat və 13060 ABŞ dolları oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova saxlanılıb.