13 Aprel 2021 14:35
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun Qubalıbalaoğlan kənd sakini Hüseyn Əkbərov yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy məclisi təşkil etdiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, həmin ünvana baxış keçirilən zaman sanitar-epidemioloji və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən qayda pozuntusuna yol vermiş 6 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Bundan başqa, Göyçay rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Cəyirli kəndi ərazisində yerləşən “Blue River” kafesində toy mərasiminin keçirildiyi müəyyən edilib.

Həmin obyektə baxış keçirən zaman icarədar İlqan Rəhimovun Göyçay şəhər sakini Eldəniz Yaqubovun oğluna toy məclisi təşkil etməsinə şərait yaratdığı məlum olub.

Polislər tərəfindən icarədar, mərasim təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görüblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər