15 Aprel 2021 10:08
388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 14-də respublika ərazisində 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, onlardan 16 nəfər tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə qaytarılıb.

Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Vəziyyəti nisbətən ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər