Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, müxtəlif vaxtlarda rayon ərazisindəki bir ofisdən 1300 manat dəyərində noutbuk, printer, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin ofisindən isə 1300 manat dəyərində televizor, 2 ədəd telefon, xalça və çaydan oğurlanıb.
Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri R.Bayramlı və A.Məlikov saxlanılıblar.