15 Aprel 2021 15:58
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini N.Qasımov aprelin 13-də rayon ərazisində 2 nəfərin onu döyüb 200 manat pulunu aldıqlarını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş M.Məmmədzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov