Göygöl rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 1965-ci il təvəllüdlü Mahrə Ələsgərova yaşadığı evin həyətindəki qoz ağacından özünü asaraq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.