18 Aprel 2021 09:29
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin"112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ - Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com