18 Aprel 2021 11:41
440
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-də saat 21 radələrində Xocalı rayon sakini, 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə Ağdam rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Ağdam rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, aparılmış araşdırmalarla Arif Quliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ”sol ayağın topuqdan aşağı ətrafının amputasiyası” xəsarəti alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov