20 Aprel 2021 10:43
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon polis şöbəsinin dövlət yol polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq piyadalara və digər yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücülər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, ayrı-ayrı vaxtlarda Cəlilabad rayon sakinləri T.Fətullayev sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-21011” markalı avtomobillə, İ.Abbasov isə “VAZ-2106” markalı avtomobillə rayon ərazisində digər nəqliyyat vasitələri və piyadalar üçün təhlükəli olan manevrlər və avtoxuliqanlıq hərəkətləri ediblər.

İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin sürücülər saxlanılaraq rayon polis şöbəsinə aparılıb və barələrində tərtib olunub inzibati protokollar aidiyyatı üzrə baxılması üçün Cəlilabad rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunublar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər